İrina Şeyk Türkiyəyə rusların arzusu ilə gedir

İrina Şeyk Türkiyəyə rusların arzusu ilə gedir
2443 dəfə oxunub
  • A-
  • A
  • A+
Bundan əvvəl Adriana Lima, İzabel Fontana, Erin Hizerton və Miranda Kerr kimi gözəlləri qarşılayıb- yola salmış Türkiyə, indi də İrina Şeykin gəlişini gözləyir.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünyanın ən məşhur top-modellərindən biri, futbolçu Kristiano Ronaldonun sevgilisi İrina Şeyk, Dosso Dossi Fashion Show-da iştirak etmək üçün gəlir.

Qeyd edək ki, Dosso Dossi Fashion Show Türkiyədə moda üzrə keçirilən ən böyük tədbirlərdən biridi və hər il yay aylarında baş tutur. Şounun təşkilatçıları İrina Şeyki əksəriyyəti rus zənginlərindən ibarət olan müştərilərin arzusu ilə dəvət ediblər. Rus mənşəli top model, 5-11 İyun tarixləri arasında Antalya Expo Centerdə keçirələcək moda şousunda  şəhnəyə əsas maneken qismində çıxacaq və qonaqlara 4 paltar təqdim edəcək. Türkiyədə üç gün qalacaq İrina Şeyk daha sonra öz ölkəsinə qayıdacaq.