"Zarafatdı, za-ra-fat!"

"Zarafatdı, za-ra-fat!"
2810 dəfə oxunub
  • A-
  • A
  • A+
Londonda Kameron Dias, Lesli Mann və Keyt Aptonun baş rollarda çəkildiyi "O biri qadın" filminin premyerası keçirilib.

Axşam.az-ın xarici mətbuata istinadən xəbərinə görə, tədbir daha çox Lesli Mannın Kameron Diasla etdiyi zarafatla yadda qalıb. Belə ki, 42 yaşlı L.Mann tərəf müqabilləri ilə birlikdə şəkil çəkdirərkən qəflətən əlini Kameron Diasın arxasına qoyub. Həmin an nə edəcəyini bilməyən Kameron zarafata təbəssümlə cavab verib.

Qeyd edək ki, rejissor Nik Kassavetesin "O biri qadın" filmi sevgi üçbucağı yaşayan qadınlardan bəhs edir.