"Möhtəşəm yüz il” serialındakı “Şahzadə Səlim” obrazı ilə daha da məşhurlaşan aktyor Engin Öztürk barlardan birindən çıxarkən görüntülənib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bu zaman o tək deyil, sarışın xanımla olub.
Səhərə yaxın bardan çıxan Öztürk jurnalistləri gördükdə özünü itirib. Mediaya üz tutub “Bəs deyil artıq?” söyləyərək etiraz edən “Şahzadə Səlim” daha sonra taksiyə yaxınlaşıb. Sarışın xanım isə üzünü əli ilə gizlədərək maşınların arasından qaçıb.