Ötən gün müğənni İradə İbrahimova doğum gününü qeyd edib.
Axşam.az-ın məlumatına görə, Iradə öncə əməkdar artist, balaban ifaçısı Əlixan Səmədovun nikah mərasiminə qatılıb. İ.İbrahimovanın özəl gününə sürpriz hazırlayan balaban ifaçısı qonaqlarına əsl bayram əhval-ruhiyyəsi yaşadıb. Gecədə İradə İbrahimovanın şərəfinə tort sifariş edilib, ona hədiyyələr verilib.
Nikah mərasimində tanınmışlardan İradə İbrahimovanın bacısı, vizajist Nigar İbrahimova, aktrisa Məlahət Abbasova, müğənni Günel Zeynalova da iştirak edib. Xatırladaq ki, Əlixan Səmədov Ellada adlı azərbaycanlı xanımla ailə qurub. Bu onun ikinci evliliyidir.