“Müğənni adi insanlarla eyni mağazaya girməməlidir”
14:15 / 04.04.14
2206dəfə oxunub
A-
A
A+
İTV-də yayımlanan “Yeni sədalar” verilişinin dünənki buraxılışı maraqlı anlarla yadda qalıb.
Axşam.az-ın məlumatına görə, verilişin qonaqları arasında əməkdar artist Bəsdi Bəkirova da olub. Müğənni sənət adamlarından danışaraq onları qınaq atəşinə tutub:
“Səhnə adamları seçilmiş insanlardır. Onlar hamıdan fərqlənməlidir. Ələkbər Tağıyev həmişə deyirdi ki, müğənni heç vaxt adi insanlarla eyni mağazaya girməməlidir. Bu o demək deyil ki, biz özündənrazı, təkəbbürlü olmalıyıq. Sadəcə, səhnə insanları əlçatmaz olmalıdır, özünə hörmət etməlidir. Tamaşaçı istədiyi vaxt ona toxuna bilməməlidir”.
Canlı yayımda tamaşaçılar, “Eumba fiesta” qrupunun ifasında maraqlı mahnılar dinləmək imkanı da qazanıblar.
Qeyd edək ki, aparıcılığını Kamran Quliyevin etdiyi veriliş hər həftənin çərşənbə axşamı saat 13:45, cümə axşamı isə 15:15-də İTV-də canlı yayımlanır.