“Zülfiyyə Xanbabayevanın xanımlığını sevirəm” - Tolik

“Zülfiyyə Xanbabayevanın xanımlığını sevirəm” -  Tolik
2767 dəfə oxunub
  • A-
  • A
  • A+
Prodüser Tarix Əliyev (Tolik) xalq artisti Aygün Kazımovadan bəhs edib.

Axşam.az-ın məlumatına görə, prodüser onun ünvanına kiminsə xoşagəlməz söz deməsinə heç zaman icazə verməyəcəyini bildirib:

“Hansısa “cücə”, Aygün xanıma söz atsa, dərhal cavabını verərəm. Amma onunla xalq artistləri Brilliant Dadaşova və Zülfiyyə Xanbabayeva arasındakı söhbətlərə qarışa bilmərəm. Bu mənə düşməz”.

“Deyilənə görə, bu söz-söhbətlər Zülfiyyə Xanbabayeva ilə aranızda inciklik yaranmasına səbəb olub” sualına isə Tolik belə cavab verib:

“Zülfiyyə xanımın prodüseri ilə yenicə danışmışam. Aramızda heç bir problem yoxdur. Ona böyük hörmətim var. Zülfiyyə Xanbabayevanın xanımlığını sevirəm”.

Tolikin sinəsindəki gözmuncuğu da diqqətdən qaçmayıb:

“Bunu mənə bir xanım hədiyyə etdi. Dedi ki, tax, sənə göz dəyməsin”.

Foto: Rəşad ABBASOV