İnstaqram sosial şəbəkəsində yeni dəb yaranıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, məşhurlar makiyajsız halda çəkdirdikləri fotoları sevənləri ilə bölüşürlər.
Onların bu görünüşü olduqca təəccüb doğurur. Kompleksiz olduğunu nümayiş etdirməyə çalışan ulduzlar bəzən bu fotolarla təqibçilərini təəssüfləndirirlər. Beləliklə, Cessika Alba, Amanda Seyfrid, Cennifer Eniston, Qvinet Peltrou, Mila Yovoviç, Bar Rafaeli, Rihanna, Teylor Svift, Kameron Diaz, Mayli Sayrus, Selena Qomez kimi ulduzların makiyajsız fotolarını təqdim edirik: