Müğənni Elvin Abdullayev bu günlərdə şəhərimizin qonağı olan türkiyəli ifaçı Mustafa Sandalla görüşüb.
Sənətçinin Axşam.az-a verdiyi məlumata görə, görüşün səbəbkarı konsertin təşkilatçısı Səlahəddin Atalay olub.
“Dünən Mustafa Sandalla görüşdüm, söhbət etdik. Bunun səbəbkarı təşkilatçı Səlahəddin Atalay oldu. Mustafa ilə birlikdə layihəmiz olacaq. Eyni zamanda Səlahəttin Atalayla işbirliyinə başlamışıq. Mənim Türkiyədə tanınmağıma kömək olacaq. Orada tanınmış bir ifaçı ilə duetimiz planlaşdırılır. Eyni zamanda “Ürək dostum” adlı mahnımı türk dilində səsləndirəcəm. Səlahəddin bəy həmin bəstənin Türkiyədə radiolara təqdim edilməsini istəyib" - deyə E.Abdullayev bildirib.