Van Dammın oğlu azərbaycanlı pianoçu ilə evləndi

Van Dammın oğlu azərbaycanlı pianoçu ilə evləndi
5565 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünyaca məşhur aktyor Jan Klod Van Dammın oğlu Kristofer azərbaycanlı pianoçu Suada Hacızadə ilə evlənib.

Axşam.az xəbər verir ki, nişan mərasimindən foto sosial şəbəkədə yayılıb. Eyni zamanda Suada və Kristofer İnstaqram profilində münasibətdə olduqlarını yazıblar.

Suada pianoçudur və bir çox beynəlxalq müsabiqələrdə Azərbaycanı təmsil edib. O, eyni zamanda Prezident təqaüdçüsüdür, 7 Beynəlxalq Musiqi Müsabiqəsinin laureatıdır. 21 yaşı var.

34 yaşlı Kristofer aktyor kimi bir çox filmlərdə rol alıb. O, Van Dammın aktrisa Qledis Portuqezdən dünyaya gələn oğludur.