Vüsal Eyvazov şəhid Turqut Xəlilbəylinin ailəsini ziyarət etdi - Video

Vüsal Eyvazov şəhid Turqut Xəlilbəylinin ailəsini ziyarət etdi - Video
3324 dəfə oxunub
  • A-
  • A
  • A+

Tibb elmləri namizədi, alqoloq - ağrı həkimi Vüsal Eyvazov İkinci Vətən müharibəsində şəhid olan həkim Turqut Xəlilbəylinin ailəsini ziyarət edib.

Axşam.az xəbər verir ki, həkim bu addımı Səhiyyə işçilərinin peşə bayramı münasibətilə atdığını bildirib. O qeyd edib ki, bu özəl gündə Turqutu və onun ailəsini yada salmaya bilməzdi.

"Bu günü sizsiz keçirməyə haqqımız yoxdur. Həmkarlarımla birlikdə özümüzə borc bildik sizi ziyarət edək. Turqut özündən sonra elə bir iz buraxdı ki, qürurlanırıq. Tək döyüşən əsgər deyil, həkimimiz də vətən yolunda canını qurban verdi. Vüsal doktor olaraq, hər zaman yanınızdayam" deyə, Vüsal Eyvazov söyləyib.

Onu da vurğulayaq ki, Vüsal Eyvazov özü də Vətən müharibəsi dövründə komandası ilə birlikdə cəbhədə xidmət edən həkimlərimizdən olub.

Qeyd edək ki, Vüsal Eyvazov 2000-ci ildə Azərbaycan Tibb Universitetini bitirib, 2000-2005-ci ildə Rusiya Federesiyasının Sankt-Peterburq şəhərində Ordinatura və aspirantura təhsili alaraq, ixtisaslaşmış və tibb elmləri namizədi elmi dərəcəsini alıb. 2005-ci ildən isə Azərbaycana qayıdıb və Mərkəzi Neftçilər Xəstəxanasında anestezioloq kimi fəaliyyət göstərib. 2011-ci ildən etibarən isə Baku Medical Plazada Anesteziologiya şöbəsinin müdiri vəzifəsində çalışır. V.Eyvazov İzmir şəhərində Ege Universitetinin Tibb fakültəsində "Alqoloji bilim" dalında ixtisaslaşıb, alqoloq - ağrı həkimi ixtisasına yiyələnib. Vüsal həkim 2017-ci ildə Azərbaycanda ilk dəfə Ağrı Müalicə Mərkəzini yaradıb.

İnstaqram: @alqoloqdr.vusal

Facebook: alqoloqdr.vusal

www.vusaleyvazov.az

Tel.: (077) 311 88 66