Günay bu klip üçün Türkiyəyə getdi - Video

Günay bu klip üçün Türkiyəyə getdi - Video
1679 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Günay İbrahimli yeni mahnı və klipini təqdim edib.

Axşam.az xəbər verir ki, "O bəsimdir" adlı mahnının müəllifi və layihənin rəhbəri bəstəkar Zülfi Bədəlovdur. Günay bildirib ki, klipin çəkilişləri İstanbulda baş tutub:

"Klipin rejissoru Kemal Yıldızdır. Ümumilikdə, çəkilişlərdə həm Azərbaycan, həm də Türkiyədən olan komanda çalışıb. Mahnı sevgidən bəhs edir. Çəkilişlər 20 saata yaxın davam edib. Peşəkar komanda ilə işlədiyim üçün yorğunluq hiss etmədim. Əksinə çəkiliş prosesindən zövq aldım. Mənim üçün ən vacib məsələ sevənlərimə keyfiyyətli iş təqdim etməkdir".

Klipdə Günay əcnəbi komanda ilə çalışsa da, stilist kimi Azərbaycandan Lamiyə Ağabalayevaya müraciət edib.