Axşam.az xəbər verir ki, onun gəlişinin səbəbi “AVRO-2020”nin A qrupunda yer alan Türkiyə-İsveçrə oyununu izləmək olub.
Cemalcan Bakı və Bakı Olimpiya Stadionunda lentə aldığı görüntüləri 3 milyonluq rəsmi İnsaqram səhifəsində paylaşıb.
Qeyd edək ki, İtaliya və Uels millisinə uduzan Şenol Günəşin komandası bu oyunda da məğlubiyyətlə üzləşib. Qarşılaşma İsveçrənin 3:1 hesablı qələbəsi ilə başa çatıb.