Emin heç vaxt olmadığı yerlərdə klip çəkdirdi

Emin heç vaxt olmadığı yerlərdə klip çəkdirdi
1723 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Emin Ağalarov yeni klipini təqdim edib.

Axşam.az xəbər verir ki, müğənni "Отпусти и lети" mahnısını Azərbaycanda ekranlaşdırıb. Bunun üçün ifaçı heç vaxt olmadığı yerlərə gedib. Emin bildirib ki, ideya özünə məxsus olub.

Üç gün davam edən çəkilişlər İsmayıllıda aparılıb. Daha sonra isə Xızıda davam etdirilib.

"Hekayəni özüm düşünmüşəm. çünki mənimlə bağlıdır. Hələ belə bir iş ərsəyə gətirmək qismət olmamışdı. Bütün işlə özüm maraqlanmışam. Rejissor, montaj və aktyorluğu belə diqqətdə saxlamışam. Bu kliplə çox şey demək istəmişəm. Hər kəs burada öz simvolunu tapa, bir nəticə çıxara biləcək.Eyni zamanda vurğulamaq istədim ki, mənim vətənim necə gözəldir" deyə, Emin söyləyib.