Hadrutda “Dəmir yumruq” abidəsi qoyuldu - Fotolar

Hadrutda “Dəmir yumruq” abidəsi qoyuldu - Fotolar
1280 dəfə oxunub
  • A-
  • A
  • A+

İşğaldan azad edilmiş Hadrut qəsəbəsində “Dəmir yumruq” abidəsi qoyulub.

Axşam.az xəbər verir ki, heykəlin görüntüsü sosial şəbəkələrdə yayılıb.

Fotodan göründüyü kimi, onun aşağısında dronlar və əsgərlər təsvir edilib. Abidə şəhidlərin xatirə kompleksinin qarşısında, Azərbaycan və Türkiyə bayraqlarının əhatəsində qoyulub.

Qeyd edək ki, müharibə dövründə düşmənə qarşı “Dəmir yumruq” ifadəsi Prezident İlham Əliyev tərəfindən səsləndirilib.