Romeo Beckham ilk dəfə sevgilisi ilə - Fotolar

Romeo Beckham ilk dəfə sevgilisi ilə - Fotolar
1023 dəfə oxunub
  • A-
  • A
  • A+

Keçmiş futbolçu Devid Bekhemin oğlu Romeo Beckham sevgilisi Mia Regan ilə birlikdə görüntülənib.

Axşam.az xəbər verir ki, İnstaqramda fotolarını paylaşaraq bir-birilərinə olan hislərini gizlətməyən cütlük  "Wimbledon" turnirinin obyektivi qarşısına keçib. Onlar ilk dəfə birlikdə tədbirə qatılıblar.

Qeyd edək ki, Romeo və Mia 2019-cu ildən bəri birlikdədirlər. Mətbuatda haqqında az məlumatlar yer alan Mia Romeo ilə həmyaşıddır. O, Storm Management model agentliyi ilə əməkdaşlıq edir. Bir neçə il peşəkar tennislə məşğul olan Romeo Beckham isə hazırda atasının yolunu davam edir.