İlon Maskın satışa çıxartdığı 37,5 milyonluq malikanəsindən - Fotolar

İlon Maskın satışa çıxartdığı 37,5 milyonluq malikanəsindən - Fotolar
1371 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur milyarder, "SpaceX" və "Tesla" şirkətlərinin qurucusu İlon Mask tvitter hesabında San-Fransiskodakı malikanəsini satışa çıxardığını açıqlayıb.

Axşam.az xəbər verir ki, sahib olduğu sərvətlə bağlı ona yazılan iradlara və bütün mülklərini sataraq Marsda həyat vədd edəcəyilə bağlı idealarını sual edənlərə cavab olaraq bu addımı atdığını açıqlayan Mask qaldığı sonuncu evi satışa çıxardığını bildirib:

"Onu orada yaşaya biləcək böyük bir ailənin almağı lazımdır. Bura xüsusi bir yerdir”.

Köşkün satılması ilə İlon Mask artıq yaşayış üçün lazım olan daşınmaz əmlaka sahib deyil. Mask ailəsilə bir ildir ki, Texasda "SpaceX" şirkətindən 50.000 dollara kirayə götürdüyü evdə yaşayır.

Kaliforniyanın Hillsborough şəhərində yerləşən malikanə, təxminən bir futbol sahəsinin üçdə biri ölçüsündə - 16.000 kvadrat fut (1.486 kvadrat metr) sahəyə sahibdir. Mask evi 2017-ci ildə 23 milyon dollara Fransa qrafı IV Kristian de Guigna nəslindən alıb. Satışdan əvvəl mülk 100 ildir kübar bir ailəyə məxsus idi. "Zillow" siyahısına görə, malikanə 1916-cı ildə 19 hektar ərazidə yerləşirdi. Malikanənin ümumi dəyəri 37,5 milyon dollardır. Mülkün qarajında 11 avtomobil üçün yer var. Ərazidə hovuz, yürüyüş yolları, kanyon və su anbarı mövcuddur. Evdə bal, ziyafət salonu və geniş peşəkar mətbəx var. Həmçinin malikənədə 6 yataq və 10 hamam otağı mövcuddur.

Qeyd edək ki, Mask sonuncu malikanəsini "ProPublica" tərəfindən o da daxil olmaqla ən zəngin amerikalılardan 25-nin aşağı vergi ödədiyini üzə çıxaran araşdırma yazı yayımlandıqdan bir həftə sonra satışa çıxarıb.