“Berqa”dan “Əhvalınızı dəyişdirəcək” layihəsi - Fotolar

“Berqa”dan “Əhvalınızı dəyişdirəcək” layihəsi - Fotolar
778 dəfə oxunub
  • A-
  • A
  • A+

İllərdir ölkəmizin sevilən markalarından olan “Berqa” insanlara xoş əhval-ruhiyyə bəxş etmək üçün sosial media hesabları üzərindən 1 ay müddətində “Əhvalınızı dəyişdirəcək” şüarı ilə müxtəlif paylaşımlar etdi. Əsas məqsəd insanları daha aktiv həyat fəaliyyətinə yönəltmək, gündəlik stressi üzərindən atmaq, xoş xatirələri oyatmaq və ehtiyacı olanlara yardıma sövq etmək oldu. Layihə tanınmış psixoloq Fidan Nizamovanın dəstəyi ilə həyata keçirilib və izləyicilərə dəyərli məsləhətlər verilib.

Hər zaman ehtiyacı olanlara dəstəyini əsirgəməyən “Berqa”, bu dəfə də ənənəsinə sadiq qalıb. Belə ki, “Dəstək və qayğı” günündə Ümid Yeri uşaqlar evi ziyarət edilərək uşaqların əhvalı dəyişdirildi, onların günü sevinclə tamamlaması hər kəsi sevindirdi.

Qeyd edək ki, “Berqa” ölkənin premium çay markası olaraq insanları hər zaman yeni məhsulları ilə sevindirməyə davam edir. Yeni 100% təbii meyvə dilimli Xəyal et şüarı ilə “Dream”, Hiss et şüarı ilə “Enjoy” və Həzz al şüarı ilə “Feel” çeşidləri ilə yeni dadlar təqdim olunub. Əsas məqsəd “Berqa” çayı ilə insanların əhvalını dəyişdirmək və onlara xoş əhval bəxş etməkdir.

Layihə ilə tanış olmaq üçün link: https://www.instagram.com/berqa_tea/