Qırmızı xalçaya yeni sevgilisi ilə çıxdı - Fotolar

Qırmızı xalçaya yeni sevgilisi ilə çıxdı - Fotolar
1754 dəfə oxunub
  • A-
  • A
  • A+

Pandemiya səbəbindən təxirə salınan Venesiya Film Festivalı ötən gün İtaliyanın Lido adasında start götürüb.

Axşam.az xəbər verir ki, açılış mərasimində qaliblər, xüsusilə də baş mükafat hesab edilən “Qızıl Şir”in sahibi açıqlanacaq.

Festivalın açılış filmi isə Pedro Almodovarın rejissorluq etdiyi, baş rollarda Penelope Kruz, Milena Smit, Culietta Serrano və Rossi de Palmanın rol aldığı “Madres Paralelas” olub.

Qırmızı xalıda parlayan ulduzlar arasında Adriana Lima ən çox diqqət çəkib. O, yeni sevgilisi Andre Lemmerslə birlikdə obyektivlərin qarşısına keçərək səmimi pozlar verib. Çəki itirən Adriana bu dəfə qırmızı rəngli iddialı paltarı ilə də özündən söz etdirməyi bacarıb.

Qeyd edək ki, 78-ci Venesiya Film Festivalı sentyabrın 11-dək davam edəcək.