Safurənin həyat yoldaşı ilə yeni fotoları yayıldı

Safurənin həyat yoldaşı ilə yeni fotoları yayıldı
12428 dəfə oxunub
  • A-
  • A
  • A+

“Eurovision 2010” təmsilçimiz, Sənayə və Energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə quran müğənni Safurə Əliyeva toyundan sonra ilk dəfə müsahibə verib. Axşam.az “1news.az” istinadən hazırda Türkiyədə yaşayan Səfurənin müsahibəsini təqdim edir.

- Safurə, ailə qurduqdan sonra həyatın dəyişibmi?

- Hər şey dəyişib.Təbii ki, yaxşı tərəfə. Mənim üçün vacib olan hər şey - karyeram, ön sıraya qoyduğum məqsədlərim- hamısı arxa plana keçib. İndi mənim üçün yalnız ailəm vacibdir. Sevmək və sevilmək dünyanın ən böyük xoşbəxtliyidir.

- Səhnə üçün darıxmırsan?

- Sözün düzü, darıxmağa vaxtım yoxdur. Dostlarım, qohumlarım, yaxınlarım daima bizə qonaq gəlirlər. Vaxtımız olanda biz onların yanına gedirik, bu da həyatımı dinamik edir. Özümlə tək qalmağa vaxt tapanda isə ya musiqi yazıram, ya da şəkil çəkirəm. Fürsətdən istifadə edərək məni sevənlərə salam deyirəm və minnətdarlığımı bildirirəm.

- Şəkillərinə baxıram. Sonsuz xoşbəxt olduğun görünür. Sənin üçün xoşbəxtlik nədir?

- Düzdür, həqiqətən xoşbəxtəm. Sevimli ərim, məni sevən ailəm, isti yuvam var. İnanın, xoşbəxtlik üçün başqa heç nə lazım deyil. Sadəcə ailəmin böyüməyini istəyirəm.

- Qarşıdan yenə "Eurovision” gəlir. Bu müsabiqədə iştirak etmiş biri kimi Dilarə Kazımovaya nə arzulayardın?

- "Eurovision" sadəcə müsabiqə deyil. Dünya əhəmiyyətli, genişmiqyaslı tədbirdir. Ölkəmizi təmsil etməyə necə hazırlaşdığımı xatırlayıram. Bəlkə kənardan asan görünə bilər, əslində isə bu işin arxasında çox böyük zəhmət, yuxusuz gecələr, həyəcan, peşəkarlardan ibarət komandanın əziyyəti dayanır. Ən əsası isə məsuliyyət hissi. Sən bilirsən ki, ölkəni milyonluq auditoriyanın qarşısında təkbaşına təmsil etməlisən. Bu, insanı daha çox həyəcanlanmağa məcbur edir. Səhv etməkdən qorxursan. Amma mən bütün qorxularıma qalib gəldim. Qarşıma məqsəd qoydum, Azərbaycanın bayrağı altında vətənimi təmsil etdim. Bu il həmin məsuliyyət Dilarənin üzərindədir. Ona bütün qorxularına qalib gəlməyi və bizim böyük ölkəmizi- Azərbaycanı layiqincə təmsil etməyə psixoloji hazır olmağı arzulayıram.