Murad Arif: “Çoxuşaqlı ailə istəyirəm” - müsahibə

Murad Arif: “Çoxuşaqlı ailə istəyirəm” - müsahibə
2572 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı-bəstəkar Murad Arif Ailem.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

- Sevgi, ya qarşılıqlı hörmət?
- Eyni şeydir.
 
- Subaylıq, yoxsa evlilik?
- Evlilik.
 
- 1 uşaq, ya çox uşaq?
- Çox.
 
- Qaynana, ya gəlin?
- Heç biri! Əsas mənim marağımdır.
 
- Bəstəkar, yoxsa aparıcı?
-Oxuyan Murad Arif.
 
- 7 not, yoxsa Q7?
- 7 not.
 
- Tək arvadlılıq, yoxsa çoxarvadlılıq?
- Tək və həmişəlik!
 
- Evdə qadının, ya kişinin sözü?
- Məntiqin sözü.
 
- Muğam, ya pop?
- Pop.
 
- Qadın, yoxsa kişi sürücü?
- Kişi.
 
-Evdə, yoxsa restoranda romantik yemək?
- Evdə.
 
- Qışda, yoxsa yayda tətil?
- Yayda.
 
- Kənd, ya şəhər?
- Kənd.
 
- Yeni il, yoxsa Novruz bayramı?
- Yeni il.
 
- 14 fevral, yoxsa 30 iyun?
- 14 fevral.
 
- 26 iyun, yoxsa 8 mart?
- Heç biri.
 
- Bişirmək, ya yemək?
- Hər ikisi.
 
- Pəhriz, ya nə gəldi yemək?
- Sağlam qida – yəni pəhriz.
 
- Bağışlamaq, yoxsa nifrət?
- Bağışlayıb unutmamaq.
 
- Sizin qayğınız, yoxsa sizə qayğı?
- Mənim qayğım.
 
- Sizin maaşınız, ya yoldaşınız maaşı?
- Mənim.
 
- Hədiyyə, yoxsa, bir söz yetər?
- Hədiyyə.
 
- Kitab, ya jurnal?
- Kitab.

- Film, yoxsa serial?
- Film.
 
- “Möhtəşəm yüz il”, yoxsa “Kurtlar vadisi”?
- Heç biri.
 
- Teatr ya kinoteatr?
- Kinoteatr.
 
- Sonda olum, ya ölüm?
- Olum.