Ölümə sabəb olduğu çəkilişə görə prodüserləri məhkəməyə verdi

Ölümə sabəb olduğu çəkilişə görə prodüserləri məhkəməyə verdi
1083 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı aktyor Alek Bolduin quruluşçu rejissor Qalina Xatçinsin güllələnərək ölməsinə səbəb olduğu “Rust” filminin prodüserlərini məhkəməyə verib.

Axşam.az xəbər verir ki, bu barədə "Los Angeles Times" məlumat yayıb. Bildirilib ki, aktyor “məsuliyyəti üstündən atmaq və hüquqi xərclərini ödəmək” niyyətindədir. Alek həmçinin qeyd edib ki, o, odlu silahların təhlükəsizliyinə görə məsuliyyət daşımır. O, həqiqətin ortaya çıxmasını istədiyini vurğulayıb.

Qeyd edək ki, hadisə ötən ilin oktyabrında ABŞ-da "Rust" filminin çəkilişi zamanı baş verib. Aktyorun ssenari əsasında açdığı atəşlərdən biri Qalinanın ölümünə, digəri isə filmin rejissoru Coel Souzun yaralanmasına səbəb olmuşdu. Alek özü isə Qalinanın həyat yoldaşı Mett və oğlu tərəfindən məhkəməyə verilib.

Hadisə ilə bağlı araşdırmalar hələ də davam edir.