Xanım Yadigarlı "Xəzər TV"dən getdi

Xanım Yadigarlı "Xəzər TV"dən getdi
8495 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Xanım Yadigarlı "Xəzər" telekanalı ilə işbirliyinə son qoyub.

Axşam.az xəbər verir ki, bu haqda o, özü məlumat yayıb.

"11 ilini geridə qoyduğum bir yol başa çatdı. Böyük bir təsadüf televiziyanı həyat tərzimə çevirmişdi. 17 yaşımı ANS-də tamamlamışam. Həyatımda baş verən əksər önəmli günlər, bayramlar, qoşa tarixləri, doğum günləri, pandemiya həyəcanı, 44 günlük Vətən müharibəsini iş başında keçirmişəm. Bu yolda "ANS TV"də müxbir, prodüsser, aparıcı, baş redaktor, "ANS ÇM"də dj, "Xəzər FM" və "Araz FM"də , "Xəzər Xəbər"də xəbər aparıcısı çalışmışam.
 
2020-ci ildə Prezidentdən müsahibə alan jurnalistlər siyahısında olmaq şərəfinə nail olmuşam. Son iş yerim "Xəzər Media Mərkəzi"ndən şəxsi ərizəmlə ayrıldım. Orada çalışan zəhmətsevər, peşəkar, vicdanlı dostlarımın xətri çox əzizdir" deyə, o, paylaşımında yazıb.

Aparıcı bildirib ki, bundan sonra fəaliyyətini DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində davam etdirəcək.