Nazir oğlunun keçmiş xanımından müsahibə+fotolar

Nazir oğlunun keçmiş xanımından müsahibə+fotolar
12177 dəfə oxunub
  • A-
  • A
  • A+

Energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevin keçmiş həyat yoldaşı Sara Əliyeva müsahibə verib. Axşam.az həmin müsahibəni təqdim edir.

-  Ateyle təşkil etmək ideyası necə yaranıb?
 
– Deməli belə. Rəfiqəmlə mən nə iləsə məşğul olmaq barədə düşünürdük və bir gün mətbəxdə söhbət zamanı atelye təşkil etmək, özümüz və dost-tanışlarımız üçün  geyim yaratmaq fikrinə gəldik.  Hər şey bundan başladı.
 
- Geyim yaradarkən hansı ideyalara əsaslanırsınız?
 
- Biz sadəcə geyim yaratmırıq, onların hər birini incəsənətlə əlaqələndiririk. Birinci kolleksiya bütünlüklə batikaya əsaslanıb, ikincisində rəsm printlərindən istifadə olunub, sayca üçüncü kolleksiyanı isə  Qarabağ xalçalarının ornamenti ilə hazırlamağı planlaşdırırıq. Bizim geyimlərdə Azərbaycan motivləri sezilir.

- İndiyə qədər neçə kolleksiya hazırlanıb?
 
- İlk kolleksiyamızı «Nargis Magazine»lə birgə hazırlamışdıq və onu “Nargis” adlandırmışdıq, “Edem” adlı ikinci kolleksiya isə Tbilisidə uğurla təqdim olunmuşdur.
 
- Sizin, yəqin ki, məşğul olduğunuz işlə bağlı planlarınız var. 
 
- Bəli, əlbəttə. İstəyirik ki, yaxın gələcəkdə bizi təkcə atelye kimi tanımasınlar, istehsala başlamağı planlaşdırırıq.
 
- Siz qarşınızda məqsəd qoyursunuz, yoxsa taleyə, təsadüfə inanırsınız?
 
- Mən başa düşmüşəm ki, həyatı və səni əhatə edən hər şeyi fikirlərində  gərək ideallaşdırmayasan, çünki hər şeyi təfsilatı ilə düşünüb, sonra da nə isə alınmayanda, ümidsizlik, məyusluq hissi keçirirsən.  Ona görə də mən indi qarşımda heç bir konkret məqsəd qoymuram, sadəcə öz üzərimdə işləyir, nailiyyətlərimlə yalnız irəli getməyə çalışıram.

- Sara, Sizin on yaşında qızınız var.  Aktiv fəaliyyətinizi uşağın tərbiyəsi ilə necə birləşdirirsiniz? Vaxtınız çatırmı?
 
- Bilirsinizmi, qızımın da çox fəal qrafiki var. O, saat üçə qədər məktəbdə  olur, sonra musiqi ilə məşğul olur, bir ara gimnastikaya gedirdi, oxu və riyaziyyatla məşğul olur. Səhərlər mən onu məktəbə yola salıram və biz yalnız axşam evə qayıdanda görüşürük.
 
- Hamiləlik dövrünü necə keçirmisiniz? Gələcək analar üçün mağazalara gedirdinizmi?
 
- Hamiləliyim yaxşı keçib, 9 ayına qədər üzmüşəm, təyyarə ilə səfərlərə çıxmışam, piyada çox gəzmişəm, amma gələcək analar üçün mağazalara getməmişəm, onları heç sevmirəm. Oradan yalnız şalvar alırdım, qalan şeyləri isə adi mağazalardan əldə edirdim.
 
- Ana olmağınız Sizi dəyişdirdi?

 
– Əlbəttə, axı ana olduqdan sonra başqa bir insanın həyatının səndən asılı olduğunu başa düşürsən. Sən öz uşağın üçün yaşamağa başlayırsan, onun qrafikindən asılı olursan.

- Uşaqlar üçün cizgi filmləri və kitablar uşağın inkişafına təsir göstərir. Sara böyüdükcə Siz onları seçirdinizmi?
 
- Bəli, axı onlar həm tərbiyələndirir, həm də uşağın təhsili onlardan başlanır. Qızımın 4 yaşına qədər mən ona xarici  cizgi filmlərinə baxmağa icazə vermirdim. O, sovet cizgi filmlərinə  baxaraq böyüyüb. Onun üçün kitabları da diqqətlə seçirdim, ona nağıllar oxuyurdum, 4 yaşında isə o, özü oxumağa başlayıb. Yeri gəlmişkən deyim ki, bu yaxınlarda psixoloqla söhbət zamanı öyrəndim ki, uşaqlara xeyirlə şərin mübarizəsi motivləri   olan nağılları danışmaqdan çəkinmək lazım deyil. Uşaq bu barədə bilməlidir və əgər valideynləri ona nağılı evdə, təhlükədən qorunduğu yerdə oxuyurlarsa, o, bunu düzgün qavrayacaq və real həyata hazır olacaq.
 
- Asudə vaxtınızı qızınızla birgə necə keçirməyi xoşlayırsınız?
 
- Biz birlikdə köhnə filmlərə baxmağı xoşlayırıq. Bu yaxınlarda Adriano Çelentanonun iştirakı ilə filmlərə  baxdıq, onun çox xoşuna  gəldi. “Roma tətilləri” filmi qızımın çox xoşuna gəlir və onun səkkiz yaşı olanda hədiyyə olaraq  , onu Romaya aparmaq qərarına gəldik. Burada o, kinofilmin çəkildiyi bütün yerlərdə oldu. Amerikaya səfərimiz də yaddaqalan olub. Qızım Hollivudu görməyi çox arzulayırdı və onda böyük təəssüratlar oyandı (gülümsəyir). Yeni ildə Rio-de-Janeyroya getmək hələ də xəyalımızdadır.

- Siz çox gözəl görünürsünüz, gözəllik sirlərinizi bölüşərdiniz.
 
- Üzümə gəldikdə, mənim dərim qurudur və çox vaxt zeytun yağından istifadə edirəm. Susuz qala bilmirəm. Ümumiyyətlə, düşünürəm ki, hər gün özünə: idmana, massaja, hər hansı proseduralara heç olmasa bir saat vaxt ayırmaq lazımdır.
 
- Makiyaja çox diqqət yetirirsiniz?

 
- Makiyajın az olması vacibdir, çox vaxt, ümumiyyətlə, makiyajdan istifadə etmirəm.
 
- Kor-təbii surətdə trendlərin dalınca qaçmağa, brendomaniyaya münasibətiniz necədir?
 
- Brendinq və hamının eyni trendi geyinməsi xoşuma gəlmir. Mən fərdiliyin, özünlə harmoniyanın, öz zövqünü pozmamağın, özün üçün hər mövsümdə yenilik tapmağın  tərəfdarıyam.

- İdmanla dostluq edirsiniz?
 
- Bir vaxtlar mən kikboksinqlə məşğul olurdum və gözlənilməz olsa da, bu, mənim çox xoşuma gəldi: enerjinin çıxarılması və adrenalin. Təzədən məşqlərə başlamağı düşünürəm.
 
- Yeməkdə nələrə üstünlük verirsiniz?
 
- Demək olar ki, ət yemirəm, lakin un məmulatlarını, şirniyyatı sevirəm və özümü saxlaya bilmirəm (gülümsəyir). Yağlı yeməkləri, kremləri sevmirəm, lakin şokoladı, manqalda bişirilmiş tərəvəzi, müxtəlif pendir növlərini sevirəm, buna görə də orqanizmimdə, yəqin ki, balans var.
 
- Dizaynerlərdən kimi qeyd edə bilərsiniz?
 
- Viktoriya Bekxemin üslubu, geyimdə və obrazda aydın cizgilər xoşuma gəlir.
 
- İdeal xarici görünüşün sirləri.
 
- Klassik  yığcam qara paltar.
 
- Sizin üslub ikonanız.
 
- Jaklin Kennedi, Qreys Kelli. Yeri gəlmişkən, mən bu yaxınlarda Qreys Kelli haqqında filmə baxmışam. O, çox güclü qadın idi. Taleyi çətin olsa da, işləyir, ruhdan düşmür, təslim olmur və irəli gedirdi.
 
- Gözəllik ikonanız.
 
- Mən Linda Evangelistanı çox sevirəm.
 
- Sizin fikrinizcə, gözəllik –
 
- Gözəllik, ilk öncə, təbiilikdir.
 
- Həyatınızın ən böyük sevinci...
 
- Övladımın hər səhər yuxudan oyanması mənim üçün böyük xoşbəxtlikdir. O, yuxudan oyanır, mən onu məktəbə yola salıram və başa düşürəm ki, yeni gün başladı.

sevimlibala.az