Dünyanın ən təhlükəli bitkisi Britaniya qalasına gətirilib - Fotolar

Dünyanın ən təhlükəli bitkisi Britaniya qalasına gətirilib - Fotolar
2100 dəfə oxunub
  • A-
  • A
  • A+

İngiltərə və Şotlandiya sərhəddindəki Alnik qalası uzun müddətdir "Harri Potter" pərəstişkarlarının ziyarət yeri olub.

Axşam.az xəbər verir ki, filmin bəzi səhnələri məhz burada lentə alınıb. "Daily Mail"in yazdığına görə, ötən gün yerli bağçaya dünyanın ən təhlükəli bitkisi hesab edilən gimpi-gimpi gətirilib.

Bu dəhşətli zəhərli kol on metr hündürlüyə çata bilər. Onun gövdəsi, budaqları, ləçəkləri, yarpaqları və meyvələri yanan tüklərlə örtülüb, heç bir halda onlara toxunmaq olmaz, çünki onlar gicitkəndən yüzlərlə dəfə güclü yandırır. Bu bitkiyə toxunan insanların çox az qismi sağ qalıb. Onlar isə açıqlamalarında "Bədəni yandırır. Elə bil səni tok vurub" sözlərini söyləyib. Ən pisi isə odur ki, ağrı həftələrlə, bəzən isə bütün aylarla davam edir. Ağrı insanı intihar həddinə çatdırır.

Britaniya qalasındakı bağın mütəxəssisləri bu bitkini məhz burada becərmək qərarına gəliblər. Təbii ki, bağça işçiləri hər cür tədbir görüblər. Bitki xüsusi şüşə vitrində nümayiş olunur. İnsanlar qoruyucu vasitələrlə ona toxuna bilər. Bu isə nəzarətçilərin yanında olacaq.