Dostları Özkan Uğuru son mənzilə yola salır - Video+Fotolar

Dostları Özkan Uğuru son mənzilə yola salır - Video+Fotolar
1549 dəfə oxunub
  • A-
  • A
  • A+

İyulun 8-də vəfat edən Özkan Uğurla vida mərasimi keçirilir. 

Axşam.az xəbər verir ki, Uğur üçün vəda mərasimi Atatürk Mədəniyyət Mərkəzində təşkil olunub. "MFÖ" qrupunun solistini son mənzilə yola salmağa gələnlər arasında sənət dostları yer alıblar. 

Sənət dostu Mazhar Alanson "Özkanım, indi burada olduğunu hiss edirəm. Onsuz da hər zaman qəlbimizdə qalacaqsan. 2-3 gündür halımız pisdir. Xanımı və oğluna baş sağlığı verirəm. Hamı pisdir, ağlayır. Özkanın məşhur sözləri var: üçümüz maşında heç kimin bizi başa düşməməsi üçün quş dilində danışırdıq. Özkanın istedadı müzakirə edilməz. Necə getdin, Özkan, belə buraxılmazdı... Səni görə biləcəyimiz yer yuxumuzdur" sözlərini deyib.

Oğlu Alişan "Özkan Uğur anamın 41 illik sevgisidir. Bizim 3 nəfərdən ibarət olan ailəmizin təməlidir. Sözlə ifadə edə bilməyəcəyimiz qədər sevirdik bir-birimizi" deyə, söyləyib.

Qeyd edək ki, mərhum uzun müddətdir xərçənglə mübarizə aparırdı.