"Yenidən içməyə başlamağımı istəyirlər?" - Fotosessiya

"Yenidən içməyə başlamağımı istəyirlər?" - Fotosessiya
2048 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Cessika Simpson "Bustle" jurnalı üçün obyektiv qarşısına keçib.

Axşam.az xəbər verir ki, çəkisi zamanla dəyişən ifaçı nəşrə müsahibəsində dərmanlarla arıqlaması ilə bağlı ididaları təkzib edib:

"Bu, belə deyil. Sadəcə iradən güclü olmalıdır. İnsanlar yenidən içməyə başlamağımı istəyir? Çünki o zaman çəkim artmağa başlayacaq. Yoxsa başqa övlad sahibi olmağımı istəyirlər? Bədənim buna dözmür".

Qeyd edək ki, Cessika bir zamanlar alkoqol asılılığından əziyyət çəkib. 3 uşaq anası olan müğənni 108 kiloqram çəkiyə sahib olub. O, 2021-ci ildən etibarən 45 kiloqram çəki atıb. Arıqlamağa çalışan Cessika hətta plastik əməliyyata da müraciət edib ki, bu, onun səhhətində ciddi problemlər yaradıb.