Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Ümummilli lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyi münasibəti ilə hazırladığı "Sən elə bir zirvəsən!" adlı musiqili-tarixi esseni bu dəfə Şəkidə nümayiş etdirib.
Axşam.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Şəki Dövlət Dram Teatrında həyata keçirilən bu layihədə Ulu öndərin əziz xatirəsi ehtiramla yad olunub, dahi şəxsiyyətin həyat və fəaliyyətinə nəzər salınıb.
Teatrın solistləri Əməkdar artistlər Fərid Əliyev, Səidə Şərifəliyeva, Prezident mükafatçıları Mehriban Zaliyeva, Səmədzadə Xasiyev, aktyorlar Aydan Həsənova, Hidayət Əliyev, Şaban Cəfərov, Türkel Tariqpeyma, Emin Zeynallının, həmçinin teatrın xor və balet heyətinin üzvlərinin maraqlı çıxışları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Tamaşanın ssenari müəllifi Əməkdar artist Mübariz Həmidov, quruluşçu rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, baletmeysteri Əməkdar artist Emin Əliyev, rejissor assistenti Afər Tağıyevadır.