Türkiyəli aktrisa Bergüzar Korelin baş rolunu canlandıracağı "Kanlı yayın" serialına yeni aktyorlar daxil olub.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Prime Video"da yayımlanacaq ekran işində Merve Nur Bengi, Demirhan Demircioğlu, Elif Uslusoy, Mina Derman rol alacaqlar.
Qeyd edək ki, layihədə Korellə yanaşı Caner Cindoruk, Serka Altunorak, İbrahim Selim, Kaan Mirac Sezen də baş rolları paylaşır.