Türkiyənin məşhur maqazin proqramlarından olan "Söylemezsem olmaz"da dəyişiklik edilib.
Axşam.az xəbər verir ki, aparıcılar Bircan Bali, Pınar Eliçe və Ebru Şancı verilişdən ayrıldıqlarını açıqlayıblar. Onların yerinə proqramda kimlərin aparıcılıq edəcəyi isə hələlik bəlli deyil.
Bunun ardından daha əvvəl həmkarları ilə problem yaşadığı üçün verilişdən ayrılan aparıcı Seren Serengil də məsələ ilə bağlı paylaşım edib.
"Məndən sonrası tufan. İşığım hər kəsi aydınladır. Elə bilirlər ki, o işıq özlərinindir və belə də davam edəcək. Qaranlıqda qaldıqlarında bu işığın onların olmadığının fərqinə vararlar. İstər həyat yoldaşı olsun, istərsə də iş, bu qayda heç dəyişmədi. Mənsə həmişə parıldayıram. Çünki ulduz olan mənəm" deyə, Serengil vurğulayıb.