Özündən 24 yaş kiçik qadınla sevgili olması müzakirə yaratdı

Özündən 24 yaş kiçik qadınla sevgili olması müzakirə yaratdı
1814 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı aktyor və musiqiçi Cared Leto ötən günlərdə Nyu-Yorkda paparatsilər tərəfindən görüntülənib.

Axşam.az xəbər verir ki, 51 yaşlı aktyor yeni sevgilisi, 27 yaşlı model Tet Tinn ilə obyektivlərə tuş gəlib.

Cütlük italyan restoranlarından birində nahar edib və şəhəri gəzməyə çıxıblar. İkilinin yaş fərqi sosial media izləyiciləri tərəfindən müzakirə olunub.

Qeyd edək ki, Cared heç vaxt evlənməyib. 2000-ci ildə o, dörd il münasibətdə olduğu Kemeron Diazla nişanlanıb. Hollivud aktrisasından ayrıldıqdan sonra çox sayda qısa müddətli münasibətləri olub. Skarlet Yohansson, Paris Hilton, Lindsi Lohan onlardan yalnız bir neçəsidir.