Xalq artisti Emin Ağalarovun Bakıda yaratdığı "Şöhrət xiyabanı"na bu dəfə iki məşhurun "ulduz"u qoyulub.
Axşam.az xəbər verir ki, SSRİ Xalq artisti Müslüm Maqomayev və Tamara Sinyavskayanın xiyabana qoyulan ulduzu münasibətilə açılış mərasimi keçirilib. Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya da tədbirdə iştirak edib.
Mərasimdə Xalq artisti Emin Ağalarov, Xalq rəssamı Fərhad Xəlilov, Xalq artisti Fərhad Bədəlbəyli, Müslüm Maqomayevi çıxışlarında müşayiət edən Xalq artisti Çingiz Sadıxovun xanımı Ceyran Sadıxova da yer alıb.
“Müsəlman ulduzunun məhz bu ildə - dahi şəxsiyyət Heydər Əliyevin 100 illik yubileyi ilində açılması əlamətdardır. Müslümün taleyi Heydər Əliyeviçin və onun ailəsinin adı ilə qırılmaz şəkildə bağlıdır” deyə, Tamara Sinyavskaya bildirib.