Dünyanın ən yaxşı kitabxanası bu ölkədədir - Fotolar

Dünyanın ən yaxşı kitabxanası bu ölkədədir - Fotolar
2230 dəfə oxunub
  • A-
  • A
  • A+

Beynəlxalq Kitabxana Assosiasiyaları və İnstitutları Federasiyası İspaniyanın Barselona şəhərindəki Latın Amerikası kitabxanasını dünyanın ən yaxşı yeni ictimai kitabxanası adlandırıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Nobel mükafatlı kolumbiyalı yazıçı Qabriel Qarsia Markesin adını daşıyan kitabxana 2022-ci ildə Sant Marti de Provansın fəhlə məhəlləsində açılıb.

Mükafatın verilməsində münsiflər heyəti həm kitabxananın memarlığını, həm də yerli icmaları məkandan istifadə etməyə həvəsləndirmək üçün innovativ yanaşmasını, işçi heyəti ilə yerli ictimaiyyət arasında qarşılıqlı əlaqəni, məkanların çevikliyini və binanın dayanıqlığını yüksək qiymətləndirilib.

Qeyd edək ki, 4 min kvadratmetr olan 6 mərtəbəli kitabxananı orta hesabla gün ərzində min nəfər ziyarət edir. Burada tez-tez konfranslar, kitab klubları və dünyanın müxtəlif guşələrindən olan yazıçılarla görüşlər keçirilir.