Nigardan yenidən ailə qurması ilə bağlı suala cavab

Nigardan yenidən ailə qurması ilə bağlı suala cavab
6969 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Nigar Şabanova sosial mediada izləyicilərindən gələn sualları cavablayıb.

Axşam.az-ın məlumatına görə, xanəndənin ona ünvanlanan "Yenidən ailə qurmağı düşünürsünüz?" sualına reaksiyası belə olub:

"Bu bir qismətdir. Olarsa, niyə də yox".

Nigar hazırda həyatında kiminsə olub-olmamasına isə belə aydınlıq gətirib:

"Hələ ki, sükutdur. Qısqanclığı mənasız bilirəm. Bir insan nədirsə odur, qısqanmağın mənası yoxdur. Qısqanc olub özümü üzməkdənsə, qapının yolunu göstərmək yaxşıdır".