Xəbər verdiyimiz kimi, "Tv8" kanalında yayımlanan "Masterchef Türkiyə"nin növbəti çəkilişləri Bakıda baş tutub.
Axşam.az-ın məlumatına görə, verilişin aparıcıları Somer Sivrioğlu və Danilo Zanna şəhərdə çəkdirdikləri fotoları izləyiciləri ilə bölüşüblər.
Danilo şəkillərə "Azərbaycan candır" qısa şərhini yazıb.
Qeyd edək ki, yarışma ərzində iştirakçılar Azərbaycan mətbəxinindən olan müxtəlif təamları hazırlayıblar.