Vaqif Mustafayevin yubiley gecəsindən - Fotolar

Vaqif Mustafayevin yubiley gecəsindən - Fotolar
953 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti, kinorejissor Vaqif Mustafayevin 70 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi keçirilib.

Axşam.az xəbər verir ki, Nizami Kino Mərkəzində baş tutan yaradıcılıq gecəsi Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin təşkilatçılığı ilə reallaşıb.

Gecədə "Oskar" mükafatı laureatı, məşhur kinorejissor Nikita Mixalkovun də yer aldığı təbrik videoçarxı nümayiş etdirilib.

Tədbirin sonunda rejissorun “Həyat, deyəsən, gözəldir” filmi nümayiş olunub.

Qeyd edək ki, bu gün Vaqif Mustafayev Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.