Ötən gün İtaliyanın Lido adasında 80-ci Venesiya Film Festivalının açılışı olub.
Axşam.az xəbər verir ki, münsiflər heyətinin sədri Demyen Şazell həyat yoldaşı Byanka Balti, Mariyakarla Boskono və Toni Qarrn, rejissorlar Ceyn Kempion, Luka Quadanino və Martin Makdona festivalda obyektivlərə poz veriblər. İştirakçılar arasında Aosta sülalələsindən olan ilk italiyalı kralın nəslinin nümayəndələri Viola və Vera Arrivabene də yer alıb.
Tədbir 90 yaşlı rejissor Liliana Kavaniyə “Müqəddəs Markın qızıl şir” mükafatının təqdim edilməsi ilə başlayıb.
Qeyd edək ki, Ekran Aktyorları Gildiyası və Amerika Yazıçılar Gildiyası maaşların artırılmasını və film istehsalında süni intellektdən istifadəyə məhdudiyyətlərin qoyulmasını tələb ediblər. Bu səbəbdən bir çox aktyor filmlərə çəkilmir, premyera və beynəlxalq tədbirlərə qatılmırlar.