Polis Hüseynlə bağlı yoxlamalar aparacaq

Polis Hüseynlə bağlı yoxlamalar aparacaq
1697 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiya hüquq-mühafizə orqanları azərbaycanlı bloger Hüseyn Həsənovla bağlı yoxlamalar aparacaq.

Axşam.az xəbər verir ki, bu barədə Rusiyanın Təhlükəsiz İnternet Liqasının direktoru Yekaterina Mizulina bildirib. 

"Polis qumar oyunlarının təşkili və reklamı ilə bağlı qanunsuz fəaliyyətlərinə görə Hüseyn Həsənov, Eqor Krid, Yuri Xovanski və digər videoblogerlərlə bağlı əlavə yoxlamalar aparır. Bu, Təhlükəsiz İnternet Liqasının cinayət işinin başlanmasından imtina qərarı ilə bağlı prokurorluğa müraciətindən sonra baş verib” deyə, Yekaterina teleqram kanalında yazıb.

Onun sözlərinə görə, Moskva Şəhər Prokurorluğu əvvəlki yoxlamada prosessual qanun pozuntularını müəyyən edib və buna görə də nəzarət tədbirləri görülüb.

Qeyd edək ki, daha əvvəl Hüseyn və Azərbaycanı beynəlxalq yarışlarda təmsil edən gimnast Samirə Mustafayeva vergidən yayınma və çirkli pulların yuyulmasında iştirakı iddialarına görə yoxlanılıb. Onların adları Rusiyanın Daxili İşlər Nazirliyinin tərtib etdiyi “qara siyahı”ya salınıb.