Britni 19 yaşında Castindən hamilə imiş

Britni 19 yaşında Castindən hamilə imiş
2527 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı müğənni Britni Spirs 2000-ci illərdə Castin Timberleykdən hamilə olduğunu etiraf edib.

Axşam.az xəbər verir ki, sənətçi bu barədə oktyabrın 24-də işıq üzü görəcək “İçimdəki qadın” adlı avtobioqrafik kitabında bəhs edib. O, Castinin buna hazır olmadığı üçün 19 yaşında abort etdirməli olduğunu bildirib:

"Castini çox sevirdim. Həmişə ailə olmağımızı istəyirdim. Bu, gözlədiyimdən daha tez baş verəcəkdi. Castin hamiləliyimdən qətiyyən məmnun deyildi. Valideyn olmaq üçün çox gənc olduğumuzu deyirdi".

Qeyd edək ki, cütlük 1999-2002-ci illərdə eşq yaşayıb.