Məşhur reperə Dominikanı tərk etmək qadağan edildi

Məşhur reperə Dominikanı tərk etmək qadağan edildi
370 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı 26 yaşlı repçi “Tekashi 6ix9ine”a (Deniel Ernandes) hücumda ittiham olunduqdan sonra Dominikan Respublikasını tərk etmək qadağan edilib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, prodüserə hücumla bağlı təhqiqat tamamlanana qədər reper həmin ölkəni tərk edə bilməyəcək.

Qeyd edək ki, ifaçı prodüserə hücum etməkdə şübhəli bilinərək saxlanılsa da, sonda sənətçi 500 min dollarlıq girov qarşılığında sərbəst buraxılmışdı. Yerli polis musiqiçini Amerikaya qayıtmaq üçün şəxsi təyyarəyə minməyə cəhd edərkən həbs etmişdi.