Türkiyəli aktrisa Alina Boz sevgilisi Umut Evirganla münasibəti barədə danışıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa müsahibəsi zamanı evlilik təklifi almadığını bildirib:
"Hələ ki, təklif olmayıb. Barmağımda üzük yoxdur. O qədər çox deyildi ki, mən də gözləyirəm".
Qeyd edək ki, cütlüyün dekabrın 2-də nikah masasına oturacağı deyilirdi.