"Bir dəstə quduzu izləmək gülməlidir" - Puqaçovadan sərt sözlər

"Bir dəstə quduzu izləmək gülməlidir" - Puqaçovadan sərt sözlər
1119 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın Xalq artisti Alla Puqaçova sosial media hesabında paylaşım edib.

Axşam.az xəbər verir ki, müğənni haqqında sələndirilənlər fikirlərlə dinləyicilərini ondan uzaqlaşdırmağa çalışanlara səslənib:

"Bir dəstə quduz yarımcanlını, paxılları və böhtançıları izləmək gülməli və kədərlidir. Çox gülməlisiniz! Yeri gəlmişkən, mən sizə kölə deyirəm, xalqın onlarla heç bir əlaqəsi yoxdur, həmin şəxslər indiki vəziyyətin köləsidirlər. Mən onu sevirəm və yazığım gəlir, amma sizsə mənə ünvanladığınız boşboğaz ifadələrinizlə, absurd uydurmalarınızla, açıq-saçıq yalanlarınızla ömrüm boyu yaşayıb, sağlamlığımı və şəxsi həyatımı qurban verdiyim sevənlərimi məndən uzaqlaşdırmağa çalışırsınız.

Nə qədər çalışsanız da, uğur qazana bilməyəcəksiniz. Buna görə enerjinizi, pulunuzu məni məhv etməyə və ya həyatımı, işimi dəyərsizləşdirmək üçün faydasız cəhdlərə sərf etməyin. Milyonlarla dinləyicidən ibarət ordum mənə xəyanət etməyəcək!

Mən missiyamı tamamladım, uzun müddətdir mahnı oxumuram və kainat mənim taleyimə nəzarət edir. Başımdakı tükləri də saymağa ehtiyac yoxdur (Çernobıldan sonra - sağ olsun, heç olmasa bir şey qalıb). Yorğun səsim hələ də səslənir, nəzərə alsaq ki, yarım əsrdir ki, xəstəliyə rəğmən, sevimli dinləyicilərimin yanına qaçmışam və onları sevindirmək üçün hər şeyi etmişəm. Ayaqlarım gəzir, gözlərim görür, qulaqlarım eşidir.

Mənim pulumu sayırsınız? Bəli, mən çox çalışdım, qazandım, vaxtını gəzərək və ya içərək sərf edənlərdən fərli olaraq. İndi onlar Puqaçova ilə bağlı sübutsuz iddialar səsləndirirlər. Nə qədər rahatdır, elə deyilmi?

Xoşbəxtlik pulda deyil. Azadlıq əsas sərvətdir. Mən isə bunu öz içimdə əziz tuturam, bununla yaşayıram. İşığın qaranlığa, xeyirin şər, həqiqətin böhtan üzərində qələbəsinə qədər yaşamağa çalışacağam.

Həyatımıza davam edək! Bir dəfə Yaroslav Dronovdan vacib bir cümlə söyləməsini xahiş etdim, indi mən də deyəcəyəm, baxmayaraq ki, heç kim məndən soruşmur: "Siz hələ mənim haqqımda eşidəcəksiniz!" İstəsəniz də, istəməsəniz də həyat göstərir ki, mən hələ də ürəyinizdəyəm".