Türkiyəli sosial media fenomeni Ayşenur Parlak vəfat edib.
Axşam.az xəbər verir ki, fenomen 33 yaşında xərçəngdən dünyasını dəyişib.
Qeyd edək ki, Ayşenur 12 yaşında olarkən yaşında sümük xərçənginin 2-ci mərhələsinə, 27 yaşında döş xərçənginin 1-ci mərhələsinə, 30 yaşında 3-cü mərhələ lenfoma xəstəliyinə qalib gəlib. O, dördüncü mərhələdə olan kolon xərçəngi ilə mübarizə aparsa da həyatını itirib.