Maykl Ceksonun gödəkçəsi bu qiymətə satıldı - Foto

Maykl Ceksonun gödəkçəsi bu qiymətə satıldı - Foto
1195 dəfə oxunub
  • A-
  • A
  • A+

Mərhum müğənni Maykl Ceksonun 1984-cü ildə "Pepsi"nin reklamı zamanı geyindiyi gödəkçəsi hərraca çıxarılıb.

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, pop kralının ağ-qara dəri gödəkçəsi 306 min dollara satılıb.

Qeyd edək ki, geyimləri hərraca Maykl Ceksonun kosmetoloqunun oğlu Vendell Tompson çıxarıb.

O, əldə olunan gəliri öz ailəsinə bağışlayacaq.