"Emosional ehtiyacımı ödəmir" deyib, ərini məhkəməyə verdi

"Emosional ehtiyacımı ödəmir" deyib, ərini məhkəməyə verdi
6195 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Ayşegül Çınar 1,5 il əvvəl ailə qurduğu aktyor Furkan Çalıkoğlundan boşanır.

Axşam.az xəbər verir ki, Çınar səbəb kimi ərindən psixoloji şiddət gördüyünü göstərib. İddiaya görə Furkan evləndikləri gündən Ayşegülün sosial və emosional heç bir ehtiyacını qarşılamayıb.

Ayşegülün vəkili boşanma ərizəsində "Dayanmadan təhdid və təhqirlərə məruz qalan, psixoloji şiddət görən, müvəkkilim boşanmaqda qərarlıdır. Müvəkkilim üçün ayda 15 min lirə aliment, 800 min lirə mənəvi təzminat istəyirəm" sözlərini yazıb.