"Bihter"in geyimi müzakirə yaratdı - Fotolar

"Bihter"in geyimi müzakirə yaratdı  - Fotolar
2575 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün "Bihter" filminin qala gecəsi baş tutub.

Axşam.az xəbər verir ki, gecədə ekran işinin aktyorları geyimləri ilə diqqət çəkib. Ən çox müzakirələrə səbəb olan isə baş rol ifaçısı Farah Zeynep Abdullahın libasıdır. Sosial media izləyicləri onun geymini tənqid atəşinə tutublar. 

"Gündəm olmaq üçün edir", "Onların stilistləri var, bəs öz zövqünüz yoxdur", "Yanğınsöndürənlərin geyiminə bənzətdim" Farahın ünvanına yazılan tənqidlərdən yalnız bir neçəsidir. 

Geyminə görə irad alanlar arasında aktyor Boran Kuzum da olub. Aktrisa Hande Ataizinin libası isə bəyənilib.

Farahın geyimi 6 016 manat, Handeninki isə 5 933 manatdır.

Qeyd edək ki, film 1900-cü illərin məşhur serialı "Aşk-ı Memnu"nun hekayəsi əsasında lentə alınıb. Farah "Bihter", Hande “Firdevs”, Boran "Behlül", Helin Kandemir “Nihal”, Osman Sonant isə "Adnan" obrazına həyat verib.

Çəkilişlər əsnasında Farahla Hande arasında gərgimlik yarandığı iddia olunub.