Türkiyəli aktrisa Nəbahat Çehrə 10 milyon lirəlik ( təxminən 592 min 455 manat) reklam təklifindən imtina edib.
Axşam.az xəbər verir ki, inşaat şirkətlərindən biri aktrisanın reklam üzləri olmasını istəyib. Nəbahatın bu təklifi rədd etməsinə səbbəb isə bu il ölümlə nəticələnən Türkiyədəki zəlzələlər olub.
"Zəlzələdə yüzlərlə ev minlərlə insana məzar oldu. Ya mənim reklam etdiyim evlər də dağılarsa? Bitərəm, hər şey pul deyil" deyə, aktrisa bildirib.