Xəbər verdiyimiz kimi, məşhur model Adriana Lima "Aclıq oyunlarının" premyerasında görüntüləndikdən sonra estetiklərinə görə tənqid olunaraq "tülkügöz" adlandırılıb.
Axşam.az-ın məlumatına görə, model iradlara cavab olaraq sosial media hesabında makiyajsız fotosunu paylaşıb. O, tənqidlərə belə reaksiya bildirib:
"Bu, bir yeniyetmə qızın, iki məktəbəqədər uşağın, bir aktiv oğlanın, yeriməyi öyrənən bir yaşlı uşağın və üç itin yorğun anasının üzüdür".
Qeyd edək ki, modelin 2 qız və 1 oğul övladı var.
