Türkiyəli aktyor Ahmet Kural ata olacaq.
Axşam.az xəbər verir ki, aktyorun həyat yoldaşı Çağla Gizem Şahin 3,5 aylıq hamilədir. Cütlük yeni fotolarını sosial media hesablarında paylaşaraq "Çox həyəcanlıyıq" deyə bildiriblər.
Qeyd edək ki, Ahmet və Çağla iyulda nikah masasına əyləşiblər.


