Amerikalı məşhur müğənni Billi Ayliş son açıqlaması ilə diqqət çəkib.
Axşam.az xəbər verir ki, ifaçı bədən quruluşuna görə, komplekslərinin olduğunu bildirib. Bundan başqa o, heç kimin kişiləri bədən quruluşuna görə tənqid etmədiyini vurğulayıb:
"Kişi əzələlidirsə, yaraşıqlıdır, deyilsə də belədir. Arıqdırsa və ya atadırsa, yenə də yaraşıqlıdır. Çəkili olsa da elə görünürlər. Hamı bundan məmnundur. Səbəbini bilirsiniz? Çünki qızlar yaxşı insanlardır. Biz əhəmiyyət vermirik, çünki insanları olduğu kimi görürük".
O, öz bədən qurulu ilə bağlı bu fikirləri səsləndirib:
"İnsanların bədənimə, hətta vizual olaraq da baxmasını istəməzdim. Bunu göstərəcək qədər güclü deyildim. Əgər o vaxt bunu göstərsəydim, İnsanlar nəsə desəydi, tamamilə məhv olardım".
Aylişin kişilərlə bağlı səsləndirdiyi fikirlər sosial media izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb və tənqid edilib.