"Nəvələri yaşında qızlara baxmasınlar" - Tatlısəslə Ərbilə sərt sözlər

"Nəvələri yaşında qızlara baxmasınlar" - Tatlısəslə Ərbilə sərt sözlər
2027 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli məşhur rəqqasə Didem Kınalı son açıqlaması ilə gündəm olub.

Axşam.az xəbər verir ki, rəqqasə məşhur müğənni İbrahim Tatlısəs və şoumen Mehmet Əli Ərbilin ünvanına sərt sözlər deyib. Didəm onları gənc yaşlarında qızlarla münasibət qurduqları üçün tənqid edib.

Rəqqasə Tatlısəslə Ərbilin münasibətləri ilə bağlı suala belə reaksiya verib:

"Yaşıtları nəvələrini əzizləyir, amma nə fayda onlar dayanmaq bilmir. Nəvələri yaşında qızlara baxmasınlar, bir zəhmət. 5-10 olar da, 40 yaş fərq nədir? Ayıbdır! Yaxşı, çox aşiq oldum deyək, özümdən 5-10 yaş böyük biri ilə münasibətdə ola bilərəm. Amma onlar ipin ucunu itirib".